Yazını böyüt
Yazını kiçilt
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsində “Vestri”yə (İslandiya) qarşı keçiriləcək oyun öncəsi Elvin Cəfərquliyevin durumu barədə danışıb.
Hafta.az xəbər verir ki, təcrübəli mütəxəssis mətbuat konfransında futbolçunun sabahkı matçda meydana çıxmaq ehtimalının olduğunu bildirib.
“Elvinin oynamaq ehtimalı var. Lakin onun start heyətində, yoxsa ehtiyat oyunçular skamyasından meydana daxil olacağı barədə qərar hələ verilməyib”, - deyə Qurbanov bildirib.